Mosulda terakt: 14 polis öldürüldü

Mosulda terakt: 14 polis öldürüldü
14:23 30 Aprel 2017
34 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərində 14 polis əməkdaşı terror aktının qurbanı olub, daha 20 nəfər isə yaralanıb.

Publika.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Anadolu agentliyi İraq federal polisinin əməkdaşı Haris Kazıma istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının 6 yaraqlısı Mosulun qərbində Bab at-Tub rayonunda yerləşən polis məntəqəsinə hücum edib.

Terrorçular polis idarəsinin iki binasını ələ keçiriblər.

Sonradan aviazərbə nəticəsində hər iki bina dağıdılıb, 17 terrorçu məhv edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR