Bolqarıstan idmançısı Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qalib gəldi

Bolqarıstan idmançısı Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qalib gəldi
14:43 30 Aprel 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Bolqarıstan idmançısı Neviana Vladinova Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanıb.

Trend-in məlumatına görə, o, lentlə hərəkətlər üzrə finalda hakimlərdən 17.600 bal alıb.

Rusiyalı gimnast Arina Averina 16.900 balla ikinci, Belarus idmançısı Alina Qornoska isə 16.800 balla üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR