“Bakı Marafonu 2017” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

“Bakı Marafonu 2017” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
14:47 30 Aprel 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 aprel. REPORT.AZ/ “Bakı Marafonu 2017”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan tədbirdə ümumilikdə 20 nəfər təltif olunub.
Kişi və qadın kateqoriyası üzrə qaliblərinin 3 min manat məbləğində mükafat təqdim olunub. II yerlər 2 min, III yeri tutanlar isə min manat əldə edib.
Həmçinin finiş xəttini 4-6-cı keçən ümumilikdə 6 kişi və qadına Avropa daxilində istədikləri ölkəyə uçmaq üçün bir bilet təqdim olunub. 7-8-ci yerlərin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9-10-cu yerin sahiblərinə isə 100 manatlıq hədiyyə kuponu verilib.
Qeyd edək ki, marafonda kişilər arasında I və II yeri Türkiyə vətəndaşları Veysi Aslan və Üzeyir Söyləməz, III yeri isə Rusiya vətəndaşı Vladislav Dimyanov tutub. Qadınlar arasında da finişə ilk çatan Türkiyə vətəndaşı olub. Yayla Kiriç Ali bütün rəqiblərini arxada qoyub. Ukraynalı Valentina Poltovskaya ikinci, İran vətəndaşı Pevsina Arab isə üçüncü yeri tutub.
Foto: Firi Salim















Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/baki-marafonu-2017-nin-qaliblerinin-mukafatlandirilma-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR