Qardaşlarını, onların həyat yoldaşlarını öldürdü

Türkiyənin Adana şəhərinin Ceyhan mahalında baş verən silahlı insident zamanı bir ailənin 4 üzvü ölüb, 9 yaşlı uşaq isə yaralanıb.

Metbuat.az bildirir ki, ailə üzvləri arasında yaşanan mübahisə münaqişə xarakteri alıb. Bu zaman Yusif A. adlı şəxs tapança ilə ətrafdakılara atəş açmağa başlayıb. Nəticədə onun 2 qardaşı və onların həyat yoldaşları həyatını itirib.

Hadisənin ardından həmin silahla özünü də öldürmək istəyən şəxs polis tərəfindən ələ keçirilib. Faktla bağlı araşdırmaya başlanılıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR