Salyanda Qarabağ veteranının evi yanıb

Salyanda Qarabağ veteranının evi yanıb
15:17 30 Aprel 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 30 aprel. REPORT.AZ/ Salyan rayonunun Xələc kəndində yanğın hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, 48 yaşlı kənd sakini, Qarabağ veteranı Zaman Məmmədəli oğlu Məmmədova məxsus 1 otaqlı, 1 eyvanlı fərdi yaşayış evi anidən alovlanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub və yanğın söndürülüb. Buna baxmayaraq, 42 kvadratmetr sahəsi olan ev içindəki əşyalarla birlikdə yanaraq kül olub. Yanğının nədən qaynaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-qarabag-veteraninin-evi-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR