"Real" çempion olsa, "Malaga" 1 milyon avro qazanacaq

"Real" çempion olsa, "Malaga" 1 milyon avro qazanacaq
15:22 30 Aprel 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in bu mövsüm İspaniya çempionu olması "Malaga" klubuna sərf edə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid klubu Primeranın qalibi olsa, Əndəlus təmsilçisi büdcəsini 1 milyon avro zənginləşdirəcək. Belə ki, "Malaga" 2013-cü ildə İskonu "Real"a satarkən müqavilədə "kral klubu"nun 3 ölkə çempionluğundan sonra 1 milyon bonusun ödənilməsi nəzərdə tutulub. İskonun transferi 27 milyon avroya başa gəlib. O, 2011-13-cü illərdə "Malaga"nın şərəfini qoruyub. Madridlilər cari müqaviləsi 2018-ci ildə başa çatacaq yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq və onun məvacibini 2 qat artırmaq fikrindədir. Qeyd edək ki, "Real"ın La Liqada "Malaga" ilə oyunu qalıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR