Rusiyalı gimnastlar: "Öz üzərimizdə işləməli, səhvləri düzəltməliyik"

Rusiyalı gimnastlar: "Öz üzərimizdə işləməli, səhvləri düzəltməliyik"
15:29 30 Aprel 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

"Öz üzərimizdə işləməli, səhvləri düzəltməliyik". Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarında iştirak edən rusiyalı gimnastlar Aleksandra Soldatova və Arina Averina deyiblər.

A.Averina bildirib: “Çıxışıma “dörd” verərdim. İstədiklərimin hamısını yerinə yetirə bilmədim. Məsələn, lentlə hərəkətlərdə çatışmazlıq oldu, digər alətlərlə çıxışlarım isə təmiz oldu. Bundan sonra Avropa çempionatına hazırlaşacağam”.

A.Soldatova isə Bakıda keçirilən Dünya Kuboku yarışlarını səmərəli adlandırıb: “Bu mənim üçün çox səmərəli bir başlanğıc idi. Səhvlər var idi, ona görə də hər şeyi yoxlamaq lazım idi. Alınmayan şeyləri dəyişəcəyik".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR