Yayla Kiriç Ali: “Bakı Marafonu 2017”nin qalibi olacağıma inanırdım"

Yayla Kiriç Ali: “Bakı Marafonu 2017”nin qalibi olacağıma inanırdım"
15:32 30 Aprel 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 aprel. REPORT.AZ/ “Bakı Marafonu 2017”də iştirak etdiyim və qalib gəldiyim üçün çox xoşbəxtəm”.
Bunu “Report”a açıqlamasında “Bakı Marafonu 2017”də qadınlar arasında finişə ilk çatan Türkiyə vətəndaşı Yayla Kiriç Ali deyib.
Yarışa İstanbul şəhərindən qatıldığını söyləyən xanım marafonçu, qalib gələcəyinə əmin olduğunu vurğulayıb:
“Çünki Türkiyədə keçirilən yarı marafonda da qalib olmuşdum. Orada 1 saat 21 saniyə ərzində 21 km. qət etmişdim. Bakıda isə nəticəmi 3 saniyə yaxşılaşdırdım. Növbəti ildə də paytaxtınızda təşkil olunacaq marafonda iştirak edəcəyəm. Buranı çox bəyəndim”.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/yayla-kiric-ali-baki-marafonu-2017-nin-qalibi-olacagima-inanirdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR