"Suriyada Türkiyə ilə sərhəd boyunca ABŞ hərbi karvanında ABŞ və YPG terror təşkilatının bayraqlarının birgə dalğalanması bizi təəssüfləndirir".
Publika.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün
Hindistana səfərdən öncə mətbuat konfransı keçirən Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
R. T. Ərdoğan deyib ki, Türkiyə v ABŞ NATO üzvləri, strateji
müttəfiqdir: Strateji müttəfiq kimi biz bu mənzərədən narahat
oluruq. Bu, ABŞ-ın öncəki prezidenti Barak Obamanın dövründən qalan
bir ənənədir, davam edir. Vaşinqtona səfərim zamanı mövqeyimizi ABŞ
prezidenti Donald Trampa çatdıracağıq. Türkiyə sıradan bir dövlət
deyil, biz öz göbəyimizi özümüz kəsəcəyik. Mən bir daha bəyan
edirəm ki, hər an Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalına
daxil olaraq, YPG terror təşkilatına zərbə endirə bilər. Biz əndişə
ilə yaşamaqdansa, terrorçular qorxu içərisində yaşasınlar".
Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qolu olan PYD-nin
silahlı qanadıdır.