Bir qəbilənin 12 üzvü öldürüldü

Sudanın Cənubi Darfur əyalətində silahlı qrup üzvlərinin hücum etməsi nəticəsində 12 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Metbuat.az bildirir ki, ölənlərin Əs-Selamət qəbiləsinin nümayəndələri olduğu qeyd olunub. Hadisənin ardından ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hücumun qəbilələr arasında yaşanan anlaşılmazlıqdan dolayı təşkil olunduğu ehtimal edilir.

Qeyd edək ki, Sudan ordusu Darfurda 2003-cü ildən üsyançılarla mübarizə aparır. Bölgədə hökm sürən qeyri-sabitlik silah istifadəsinin yayılmasına və qəbilələr arasında qarşıdurmalara səbəb olur.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR