Suriyada aviazərbələr nəticəsində 8 dinc sakin həlak olub

Suriyada aviazərbələr nəticəsində 8 dinc sakin həlak olub
16:08 30 Aprel 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Suriyada Raqqanın qərbində yerləşən İŞİD tərəfindən ələ keçirilən Tabka şəhərinə endirdiyi aviazərbələr nəticəsində 8 dinc sakin həlak olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Suriya dövlət televiziyası xəbər verib.

Qeyd edək ki, Tabka şəhərində İŞİD-lə mübarizəni əsasən "Suriya demokratik qüvvələri" aparır. Koalisiyası onlara havadan dəstək göstərir. Rəsmi Dəməşq bu əməliyyatları qanunsuz hesab edir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2748396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR