Everestə çıxmaq istəyən alpinist donub öldü

Everestə çıxmaq istəyən alpinist donub öldü
16:22 30 Aprel 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Planetdə yük dağ zirvələrini fəth etməsi ilə tanınan 40 yaşlı isveçrəli alpinist Ueli Stek dünyanın ən yüksək zirvəsi olan Everestə dırmanış zamanı ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Nepal Alpinizm Federasiyası məlumat yayıb.
 
Məlumatda bildirilir ik, hadisə bu gün səhər baş verib, böyük ehtimalla alpinist donub.
 
Qeyd edək ki, Everest dünyanın ən yüksək zirvəsidir. Tarix ərzində bu zirvəni fəth etmək istəyən 280-dən çox insan həyatını itirib. Yüksəklikdən evakuasiya mürəkkəb iş olduğu üçün çox vaxt həyatını itirənlərin cəsədləri orada qalır. 

 Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR