1 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı - Xırdalanda

1 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı - Xırdalanda
16:32 30 Aprel 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Xırdalan şəhərində azyaşlının başına iş gəlib. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 1 yaş 6 aylıq olan Qasımov Rauf Rüfət oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb. Belə ki, səhər 6 radələrində valideynləri yatmış olan Rauf aralı qalan pəncərəni açıb. İrəli keçən uşaq pəncərədən aşağı sürüşüb və paltar iplərinə ilişib. Məhz bu iplər onun sürətini azaldıb və Rauf Qasımov betonun üzərinə düşüb. 

Azyaşlı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı deyilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/540205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR