Elxan Abdullayev: “Marafonda ayağımda zədə olmasına baxmayaraq 10 kilometr qaçdım"

Elxan Abdullayev: “Marafonda ayağımda zədə olmasına baxmayaraq 10 kilometr qaçdım"
16:32 30 Aprel 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 aprel. REPORT.AZ/ “Ötən il baş tutan marafonda da qaçmışdım, indi də iştirakçılar sırasında yer almışam. Yarış Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilir. Çox möhtəşəm layihədir. İnsanların ailə üzvləri ilə birgə burada olması sevindirici haldır”.
Bunu “Report”a açıqlamasında “Bakı Marafonu 2017”nin iştirakçıları sırasında yer alan AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
E.Məmmədov bildirib ki, ardıcıl ikinci il keçirilən marafona olan maraq artmaqdadır. O, yarışa ötən il 8 min, bu il isə 13 mindən çox şəxsin qatıldığını vurğulayıb:
“Bakı şəhərində sağlam həyat tərzinə üstünlük verənlərin sayı ildən ilə artmaqdadır. Digər şəhərlərdə də oxşar yarışlar təşkil olunacaq. Burada əsas qalib gəlmək yox, iştirak etməkdir. Əslində insanın öz-özünə qalib gəlməsidir. Ötən il 21 kilometri 2 saat 7 dəqiqəyə qət etmişdim. Bu dəfə ayağımda zədə olmasına baxmayaraq 10 kilometr qaçdım”.
Qeyd edək ki, bu gün baş tutan “Bakı Marafonu 2017”nin qalibləri Türkiyə vətəndaşları olublar. Kişilərdən Veysi Aslan, qadınlardan isə Yayla Kiriç Ali finiş xəttini birinci keçib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/elxan-abdullayev-baki-marafonu-2017-de-ayagimda-zede-olmasina-baxmayaraq-10-kilometr-qacdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR