İtaliya yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda birinci yeri tutdu

İtaliya yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda birinci yeri tutdu
16:42 30 Aprel 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda halqa ilə çıxışların yekunu üzrə birinci yeri tutublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, italyan gimnastlar finalda 18.700 bal toplayıblar.

Gümüş medala Belarus (18.700 bal), bürünc medala isə Bolqarıstan (18.650) komandası sahib çıxıb.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR