"Bakı Marafonu 2017"-nin qalibləri - FOTO

"Bakı Marafonu 2017"-nin qalibləri - FOTO
16:52 30 Aprel 2017
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş Bakı Marafonu 2017-nin qalibləri mükafatlandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, marafonda kişilər arasında birinci yeri 30 yaşlı Türkiyə vətəndaşı Veysi Aslan tutub. İkinci yerə Türkiyə vətəndaşı Üzeyir Söylemez, üçüncü yerə isə Rusiya vətəndaşı Vladimir Demyanov çıxıblar.

Qadınlar arasında isə birinci yerin sahibi Türkiyə vətəndaşı Yayla Kılıç olub, ikinci yeri Ukrayna vətəndaşı Valentina Poltovska, üçüncü yeri İran vətəndaşı Pərisa Ərəb tutub.

Bakı Marafonunda 13 mindən çox yürüşçü, o cümlədən, 1000-ə yaxın xarici vətəndaş iştirak edib.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR