Xamneyidən SƏRT AÇIQLAMA: "Müharibə təhlükəsini..."

Xamneyidən SƏRT AÇIQLAMA: "Müharibə təhlükəsini..."
17:05 30 Aprel 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

İranın ali dini lideri ayətullah Əli Xamneyi İrana qarşı müharibə təhlükəsini xalqın aradan qaldırdığını, ancaq bəzi siyasətçilərin bunu öz xidmətləri kimi təqdim etdiyini bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, A. Xamneyi deyib ki, bəzi siyasətçilərin belə iddiada olması tamamilə yanlışdır.
 
Qeyd edək ki, İran ali dini liderinin bu bəyanatının hədəfinin prezident Həsən Ruhaninin Nazirlər Kabinetinin üzvləri olduğu şübhə doğurmur. Çünki onlar dəfələrlə bəyan ediblər ki, 2015-ci ildə nüvə razılaşması imzalanmaqla İran ətrafında gərginlik aradan qaldırılıb və İranın nüvə proqramı ilə bağlı məsələnin güc yolu ilə həlli variantı gündəmdən çıxıb.
 
Xatırladaq ki, mayın 19-da İranda prezident seçkiləri keçiriləcək. İslahatçıların dəstəklədiyi Həsən Ruhani ikinci dəfə bu post uğrunda mübarizə aparacaq. Onun əsas rəqibləri isə mühafizəkar düşərgəni təmsil edən İranın sabiq baş prokuroru Ebrahim Rəisi, Tehranın meri Məhəmməd Bager Qalibafdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR