Belarus gimnastı: "Bakıda belə ab-havada çıxış etmək çox xoşuma gəldi"

Belarus gimnastı: "Bakıda belə ab-havada çıxış etmək çox xoşuma gəldi"
17:08 30 Aprel 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

"Bakıda belə ab-havada çıxış etmək çox xoşuma gəldi".

Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda iki bürünc medal qazanmış Belarus idmançısı Alina Qornosko deyib.

O öz çıxışından razı qaldığını bildirib: "Mən ilk dəfədir belə yüksək səviyyəli yarışda çıxış edirəm, çünki yunior komandasından təzə gəlmişəm. Belə güclü rəqiblərlə mübarizə aparmaq çətindir. Lakin mən səhvlərim üzərində işləməyə çalışacağam".

A.Qornosko Bakını çox bəyəndiyini qeyd edib: "Şəhəriniz çox gözəldir. Tamaşaçılar və yarışlarda təşkilatçılıq əla idi. Belə ab-havada çıxış etmək çox xoşuma gəldi".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR