"Qəbələ"nin sabiq futbolçusu mükafatlandırıldı - Rəqibi xilas edib

"Qəbələ"nin sabiq futbolçusu mükafatlandırıldı - Rəqibi xilas edib
17:12 30 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Hazırda "Kuban"da çıxış edən "Qəbələ"nin sabiq futbolçusu Aleksey Qay Rusiya Milli Futbol Liqasının (FNL) prezidenti İqor Yefremov tərəfindən mükafatlandırılıb.

Milli.Az report.az-a istinadən bildirir ki, 25 yaşlı yarımmüdafiəçi I Divizionda Moskva "Dinamo"su ilə XXXIV tur matçından əvvəl təltif olunub.

O, XXVII tur matçında rəqib futbolçu ilə toqquşma nəticəsində zərər çəkən "Mordoviya"nın futbolçusu Aleksandr Alxazova köməklik göstərib. Qay huşunu itirən və dili qatlanan Alxazovun boğulmasına imkan verməyib. Bununla da, təcrübəli futbolçu həmkarının həyatını xilas edib.

Ukraynalı orta sahə oyunçusuna meydanda baş vermiş fövqəladə vəziyyətdə savadlı və bacarıqlı davrandığı üçün təşəkür edilib, tribunalar isə onu alqışlayıb.

Qeyd edək ki, Aleksey Qay "Qəbələ"də 2015-ci ilin yanvarından 2016-cı ilin iyununadək forma geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR