4 nəfər güllələndi - Dəhşətli hadisə

4 nəfər güllələndi - Dəhşətli hadisə
17:22 30 Aprel 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana şəhərinin Ceyhan mahalında baş verən silahlı insident zamanı bir ailənin 4 üzvü ölüb, 9 yaşlı uşaq isə yaralanıb.

Milli.Az mətbuat.az-a istinadla bildirir ki, ailə üzvləri arasında yaşanan mübahisə münaqişə xarakteri alıb. Bu zaman Yusif A. adlı şəxs tapança ilə ətrafdakılara atəş açmağa başlayıb. Nəticədə onun 2 qardaşı və onların həyat yoldaşları həyatını itirib.

Hadisənin ardından həmin silahla özünü də öldürmək istəyən şəxs polis tərəfindən ələ keçirilib. Faktla bağlı araşdırmaya başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR