Ukrayna yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazandı

Ukrayna yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazandı
17:32 30 Aprel 2017
36 İdman
Ölkə mətbuatı
A- A+

Ukraynanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda 3 top və 2 iplə çıxışların yekunu üzrə qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ukraynalı gimnastlar finalda 18.200 bal toplayıblar.

İkinci yeri Bolqarıstan (17.350 bal), üçüncü yeri isə Belarus (17.100) komandası tutub.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilib.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR