Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq

Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq
17:32 30 Aprel 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan katolikləri tezliklə Azərbaycan müsəlman ailəsindən tarixdə birinci keşiş əldə edəcəklər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Roma Papası Fransısk bazar günü, mayın 7-də Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasının məzunu Behbud Mustafayevi başqa seminariya tələbələrinin arasında keşiş təyin edəcək.

Behbud pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.

Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib.

2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunmuşdu.

B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR