İranın ali dini lideri ayətullah Əli Xamneyi İrana qarşı müharibə təhlükəsini xalqın aradan qaldırdığını, ancaq bəzi siyasətçilərin bunu öz xidmətləri kimi təqdim etdiyini bildirib.
Publika.az APA-ya istinadən xəbər verir ki, A. Xamneyi
deyib ki, bəzi siyasətçilərin belə iddiada olması tamamilə
yanlışdır.
Qeyd edək ki, İran ali dini liderinin bu bəyanatının hədəfinin
prezident Həsən Ruhaninin Nazirlər Kabinetinin üzvləri olduğu şübhə
doğurmur. Çünki onlar dəfələrlə bəyan ediblər ki, 2015-ci ildə nüvə
razılaşması imzalanmaqla İran ətrafında gərginlik aradan qaldırılıb
və İranın nüvə proqramı ilə bağlı məsələnin güc yolu ilə həlli
variantı gündəmdən çıxıb.
Xatırladaq ki, mayın 19-da İranda prezident seçkiləri keçiriləcək.
İslahatçıların dəstəklədiyi Həsən Ruhani ikinci dəfə bu post
uğrunda mübarizə aparacaq. Onun əsas rəqibləri isə mühafizəkar
düşərgəni təmsil edən İranın sabiq baş prokuroru Ebrahim Rəisi,
Tehranın meri Məhəmməd Bager Qalibafdır.