14 oyunluq həsrət başa çatdı – yenə eyni hesabla

14 oyunluq həsrət başa çatdı – yenə eyni hesabla
17:59 30 Aprel 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının sonuncu turunda “Qəbələ” “Sumqayıt”a qonaq olub. Apasport.az saytının məlumatına görə, tərəflər arasındakı 20-ci görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə həm də “kimyaçılar”ın uzunmüddətli uğursuz seriyasının dayanması ilə əlamətdar olub. Belə ki, “gənclik şəhəri”nin təmsilçiləri “qırmızı qaralar” önündə ilk və sonuncu dəfə 2013-cü ildə, avqustun 19-da 2:1 hesablı qələbəyə sevinmişdi. O vaxtdan bəri baş tutmuş 14 görüşdə 3 xala həsrət qalan “Sumqayıt” son iki oyunda qollu heç-heçə ilə təsəlli tapmışdı. Qeyd edək ki, iki komanda arasındakı əvvəlki 19 oyunun hamısında qol vurmuş “Qəbələ” bu dəfə də ənənəsinə sadiq qalıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR