İsrailli diplomat: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarından zövq aldım

İsrailli diplomat: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarından zövq aldım
18:08 30 Aprel 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

"Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarından zövq aldım".

Bunu Trend-ə İsrailin Azərbaycandakı səfirinin müavini Amir Rom deyib.

Diplomat qeyd edib: "Mən artıq ikinci ildir ki Bakıda gimnastika yarışlarına gəlirəm. Təşkilatçılıq hər zamankı kimi yüksək səviyyədədir".

A.Rom xatırladıb ki, yarışlarda iki israilli gimnast iştirak edib, onlardan biri qızıl medal qazanıb: "İsrail bayrağını yüksəkdə görməyimə və Bakıda doğma himni eşitməyimə çox şadam".

Diplomat Bakıda növbəti idman tədbirlərinə də gəlib baxacağını bildirib.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilib.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil ediblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2748432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR