Prosineçki millidən gedir? - AFFA-dan AÇIQLAMA

Prosineçki millidən gedir? - AFFA-dan AÇIQLAMA
18:32 30 Aprel 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

"Yaxşı məşqçilərə hər zaman təkliflər gəlir. Bu, normal haldır. Lakin Robert Prosineçki çox peşəkar mütəxəssisdir. Öz müqaviləsinə hörmətlə yanaşır".

Milli.Az bildirir ki, bunu report-a AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin İspaniya və Türkiyə klublarından təklif almasına dair çıxan xəbərlərə münasibət bildirərkən deyib.

E.Məmmədov bildirib ki, xorvat mütəxəssisin mövsümlərarası fasilədə xarici klublardan birinin sükanı arxasına keçmək ehtimalı yoxdur. O, təkliflərlə bağlı R.Prosineçki ilə danışdığını söyləyib:

"2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi davam edir. İyunun 10-da Şimali İrlandiya ilə matçımız var. Klublardan gələn təkliflərlə bağlı Prosineçki ilə danışmışam. Qısa söhbətimiz olub. Özündən soruşdum. Dedi ki, yalnız "Bursaspor"dan deyil, digər klublardan da təkliflər olub. Ancaq həmin təkliflərdən imtina edib".

Qeyd edək ki, son günlər Robert Prosineçkini adı Türkiyənin "Bursaspor" və İspaniyanın "Valensiya" klubu ilə yanaşı çəkilməkdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR