Belaruslu gimnastlar: "Bakı bizə bol təəssürat bağışladı"

Belaruslu gimnastlar: "Bakı bizə bol təəssürat bağışladı"
18:47 30 Aprel 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı bizə bol təəssürat bağışladı".

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının medalçıları - qrup yarışlarında Belarus komandasının üzvləri deyiblər.

Komandanın üzvü Ksenya Çeldışkina əlavə edib: "Komandamız gəncdir, bəzi üzvlərimiz ilk dəfədir ki, belə mötəbər turnirə qatılırlar. Bakıya heyran olmuşuq, hər şey çox yüksək səviyyədə təşkil olunub, insanlar mehribandırlar".

Onun sözlərinə görə, komanda öz çıxışından tam razı qalmayıb: "Çıxışımızdan tam razı qalmadıq. Nəsə alındı, nəsə yox. Öz üzərimizdə işləməyə davam edəcəyik, səhvlərimizi düzəldəcəyik".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilib.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR