Bakıda bədii gimnastika üzrə Dünya Kuboku: qrup hərəkətləri üzrə qaliblərə mükafat - FOTO

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku: qrup hərəkətləri üzrə qaliblərə mükafat - FOTO
20:52 30 Aprel 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun qrup hərəkətləri üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, FIG-nin texniki nümayəndəsi Daniela Dellekyai, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev, təhsil naziri Mikayıl Cabbarov və bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva iştirak ediblər.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilib.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR