Suriyaya aviazərbələr

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Suriyada Raqqanın qərbində yerləşən İŞİD tərəfindən ələ keçirilən Tabka şəhərinə endirdiyi aviazərbələr nəticəsində 8 dinc sakin həlak olub.

Metbuat.az bildirir ki, bu haqda Suriya dövlət televiziyası xəbər verib.

Qeyd edək ki, Tabka şəhərində İŞİD-lə mübarizəni əsasən "Suriya demokratik qüvvələri" aparır. Koalisiyası onlara havadan dəstək göstərir. Rəsmi Dəməşq bu əməliyyatları qanunsuz hesab edir.// Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR