Nazarov fərqləndi, komandası qələbə qazandı

Almaniya 2-ci Bundesliqasında 31-ci tur başa çatıb.

Metbuat.az xəbər verir ki, yığmamızın üzvü Dmitri Nazarovun formasını geydiyi "Aue” doğma azarkeşlər önündə "Vurzburger Kikkers”lə qarşılaşıb.

Görüş "bənövşəyilər”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Nazarov oyunu əvəzolunmadan keçirib. O, 10-cu dəqiqədə penalti zərbəsi ilə komandasının ikinci qolunu vurub.

"Aue” 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR