Bu gün 35 mindən çox şəxs imtahan verdi - VİDEO

Bu gün 35 mindən çox şəxs imtahan verdi - VİDEO
21:17 30 Aprel 2017
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün abituriyentlər ali məktəblərə ilk imtahan həyacanını yaşadılar. 35433 abituriyent 2 və 3-cü qruplarda bilik yarışına çıxdı...

İmtahan başlayandan bitənədək təcili tibbi yardım və yanğınsöndürən maşınlar da baş verə biləcək hansısa hadisəyə qarşı hazır vəziyyətdə gözlədilər.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, nəhayət 3 saat bitdi və abituriyentlər imtahan zallarını tərk etməyə başladılar..
Valideynləri ilə görüşən abituriyentlər imtahan gərginliyini belə xilas olmağa çalışdılar.
Qəbul imtahanı Bakı ilə yanaşı 10 digər şəhərdə də keçirilib. Şəkidə və Bərdə də imtahan həyəcanı yaşanıb.
Onu da qeyd edək ki, ilk dəfə bu il ali məktəbə imtahan verənlər iki dəfə imtahan verə biləcəklər. Yəni indi imtahan verənlər yayda yenidən imtahan verə biləcəklər. Hansı imtahanın balı yüksək hesab olunsa abituriyentlər həmin göstəricini ali məktəbə qəbul üçün istifadə edə biləcəklər. Ancaq ikinci imtahan üçün abituriyentlər ilk imtahandan fərqli olaraq əlavə pul ödəməli olacaqlar.İmtahan başa çatandan sonra düzgün cavablar Dövlət İmtahan Mərkəzinin internet saytında və facebook səhifəsində yerləşdiriləcək. Hər bir abituriyentin cavab kartının qrafik təsviri isə imtahandan 3-4 gün sonra Dövlət imtahan mərkəzində saytında olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR