Azərbaycanda biri 30 manatdan 100 rubl satılır- VİDEO

Azərbaycanda biri 30 manatdan 100 rubl satılır- VİDEO
21:17 30 Aprel 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba sakini sovet dövründə istifadə edilən metal pullardan ibarət kolleksiya yığıb. İndi isə həmin pulları satmaq niyyətindədir.

İstifadə müddəti bitmiş metal pullardan ibarət kolleksiya yığıb.
Qubanın Birinci Nügədi kənd sakini, 50 yaşlı Rahib Əliyev 1980-ci illərdən etibarən həmin dövrdə istifadə edilən 1 rublluq pulları yığmağa başlayıb. Bir müddət sonra isə həmin pullar dövriyyədən çıxıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hazırda kolleksiyada Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə buraxılan 100 ədəd 1 rublluq metal pul var. Rahib Əliyev deyir ki, onları yığmağa 5-6 il vaxt sərf edib.
Rahib Əliyev son zamanlar bu cür qəpiklərə marağın çox olduğunu nəzərə alaraq yığıdığı pulları satmaq istəyir. Bu məqsədlə elan saytlarından birində məlumat da yerləşdirib. Birini isə 30 manatdan satmaq niyyətindədir.
Quba sakini həmçinin, 1961-ci ildə buraxılan 5 rublluq əsginazı və sonrakı illərdə buraxılan müxtəlif nominallı metal pulları da bu günə kimi saxlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR