Yollarda nömrəsiz maşınlar şütüyür - VİDEO

Yollarda nömrəsiz maşınlar şütüyür - VİDEO
21:17 30 Aprel 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Son dövrlər dövlət qeydiyyat nömrə nişanı olmadan yollarda hərəkət edən avtomobillərin sayı nisbətən artıb. Elə dünən əməkdaşımız da magistral yolda hərəkət edən belə bir avtomobilin görüntüsünü lentə alıb. Ekspertlər isə bunun olduqca təhlükəli və məsuliyyətsiz bir addım olduğu qənaətindədir. Bəs bu məsələdə qanunvericilik nə deyir?

Avtomobillərin yüksək sürətlə və intensiv hərəkət etdiyi yolda nömrəsi olmayan bir avtomobil də var.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kadrlar ötən gün Ələt-Astara magistralında lentə alınıb. Yolda hərəkətdə olan ''VAZ 21 011'' jiquli markalı avtomobilin arxa hissəsində dövlət qeydiyyat nömrə nişanı yoxdur. Üstəlik avtomobil saatda 100 km-dən artıq sürətlə hərəkət edir
Avtomobil ötüb keçildikdən sonra məlum olur ki, maşının ön hissəsində də nömrə yoxdur. avtomobilin ümumi görüntüsündən isə texniki nasaz olduğu görsənir.
Bu kadrlar bir daha yollarda olan bəzi sürücülərin məsuliyyətsizliyini və digər hərəkət iştirakçıları üçün törətdiyi təhlükəni göstərir.
Yol Hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, həmin avtomobilin sürücüsü bu hərəkəti ilə böyük məsuliyyətsizliyə yol verib. nömrəsiz avtomobillərlə yol verilən qayda pozuntuları təkcə avtomobil sahibinin yox, elə yol polislərinin də işini xeyli çətinləşdirir
Ərşad Hüseynova görə, son dövrlər belə hallara yol verən sürücülərin sayının artmasının əsas səbəbi qanunvercilikdə kifayət qədər sərt cəza tədbirinin olmamasıdır.
Qaldı ki, elə bu qayda pozan sürücünün necə müəyyən edilməsinə, ekspert deyir ki, polis əməkdaşları yollara quraşdırılan kameralar vasitəsi ilə həmin avtomobilin izinə düşərək onu tapa bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR