Bomba da ona təsir etməyib...

Bomba da ona təsir etməyib...
21:22 30 Aprel 2017
Ölkə mətbuatı
A- A+

İngiltərədən bir bağban İsveç botaniki Karl Linneyə heç kəsin tanımadığı bir bitki göndərmişdi. Botanik alim bitki ilə maraqlanaraq ilk dəfə onun təsnifatını verib. Həmin bitkinin tanakan və rokan adları da var. Məşhur alman şairi İohann Volfhanq Höte botanika ilə çox maraqlanırdı. Almaniyada ginkqo biloba bitkisini "Höte ağacı" da adlandırırlar. Şair ona həsr etdiyi "Ginkqo biloba" şeirində bitkinin yarpaqlarını iki sevən qəlbin qovuşması kimi simvolizə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tokio Universitetinin rəssamı S. Xirazenin də bitkilərə çox böyük marağı olub. O,1869-cu ildə universitetin həyətində bitən ginkqo biloba ağacından nümunə götürərək onun embriogenezini öyrənib və erkək hüceyrələrini aşkar edib. Rəssama ehtiram əlaməti olaraq ağacın yanında xatirə lövhəsi vurulub.

Ginkqo biloba radiasiyaya, parazitlərə, göbələk və virus xəstəliklərinə qarşı kifayət qədər dözümlü bitkidir. Hətta 1945-ci ildə Yaponiyanın Xirosima şəhərində güclü radiasiya zamanı bitkinin meyvə və toxumları zədələnməmişdir. Uzun müddət, hətta əsrlərlə yaşamaq qabiliyyəti var.

Əfsanəyə görə, yapon imperatorlarından birinin dayəsi ölərkən ürəyinin yaşaması üçün məzarı üstündə ginkqo biloba əkilməsini xahiş edir. Həmin vaxtdan Yaponiyada ginkqo biloba məbəd və qəbirlər üçün müqəddəs sayılır. Payız fəslində ağacın yarpaqları saralıb töküləndə yaponlar ona sitayiş edir və yarpaqlarını böyük ehtiramla toplayaraq fala baxdırırlar.

Ginkqo bilobanın toxumları və yarpaqları Çin təbabətində lap qədimlərdən istifadə edilir. Bitkidə orqanizmdə mikrosirkulyasiaynı, kapilyar qan təchizatını yaxşılaşdıraraq metabolik prosesi normallaşdırmaq, ürəyin, beynin və aşağı ətrafların oksigenlə təchizatını təmin etmək qabiliyyəti var. Yaddaşı stimullaşdırır, zehni fəaliyyəti artırır və diqqətin konsentrasiyasını yaxşılaşdırır. Ginkqo biloba dəmləməsi damar divarının elastikliyini və müqavimətini artırır, damarları genişləndirir, ödem əleyhinə təsir göstərir, varikoz xəstəlikləri zamanı toxumlarının qəbul edilməsi çox faydalıdır. Başqa xəstəliklərdə də faydalı olsa da, onun davamlı olaraq qəbul edilməsi məsləhət görülmür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR