Qazaxda "avtoşluq" etmək istədi, maşını divara çırpdı

Qazaxda "avtoşluq" etmək istədi, maşını divara çırpdı
21:42 30 Aprel 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Qazax rayonunun Canallı kəndində avtoxuliqanlıq edən şəxs qəza törədib.

Milli.Az "Report"a istinadən bildirir ki, "VAZ-21015" markalı avtomobillə "avtoşluq" etmək istəyən kənd sakini idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.
Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralı ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Hadisə şahidlərinin dediyinə görə, sürücü avtomobil ilə asfaltı "yazmaq" istəyirmiş.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR