Kriştian Ronaldonun adını ayağına tatu elətdirdi

Monakolu futbolçu ayağındakı zədəyə Kriştian Ronaldonun adını yazdırıb.

Metbuat.az xəbər verir ki, Fransa liqası çərçivəsində keçirilən "Monako" - "Tuluza" qarşılaşmasında ayağından zədə alan 23 yaşlı Fabio Tavaresin bu hərəkəti futbolsevərlərin də marağına səbəb olub.

Braziliyalı futbolçu ayağındakı 7 rəqəminə bənzər formada olan zədənin yanına CR( Kriştiano Ronaldo) yazdırmaqla, Ronaldoya olan vurğunluğunu göstərməyə çalışıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR