Qadın sürücü qəza törətdi, qəsəbə işıqsız qaldı - FOTOLAR

Qadın sürücü qəza törətdi, qəsəbə işıqsız qaldı - FOTOLAR
22:03 30 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunun Saray qəsəbəsində yol qəzası baş verib.

"Report" xəbər verir ki, "99-BH-303" dövlət qeydiyyat nişanlı "Toyota Corolla" markalı avtomobil Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Nəticədə dirək aşmasa da, onun üzərindən gedən naqillər qırılıb və qəsəbəyə verilən elektrik enerjisi kəsilib. Hazırda qəsəbənin bir hissəsi işıqsız qalıb. Problemin aradan qaldırılması istiqamətində iş gedir.

Sakinlərin sözlərinə görə, avtomobili qadın idarə edib və özündən savayı maşında onun 3 rəfiqəsi də olub. Nəticədə onların hamısı xəsarət alıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR