Qazaxda qəza - 9 yaşlı uşaq xəsarət aldı

Qazaxda qəza - 9 yaşlı uşaq xəsarət aldı
22:04 30 Aprel 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun veridyi məlumata görə,  hadisə Ağstafanın Dağ Kəsəmən kəndindən Qazaxa gedən yolda qeydə alınıb.

 

Traktorla minik avtomobilinin toqquşması nəticəsində traktorda olan Dağ Kəsəmən kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Fərid Ruslan oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR