Qazaxda "avtoşluq" etmək istəyən şəxs maşını divara çırpıb

Qazaxda "avtoşluq" etmək istəyən şəxs maşını divara çırpıb
22:07 30 Aprel 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax. 30 aprel. REPORT.AZ/ Axşam saatlarında Qazax rayonunun Canallı kəndində avtoxuliqanlıq edən şəxs qəza törədib.
"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21015" markalı avtomobillə "avtoşluq" etmək istəyən kənd sakini idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.
Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralı ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Hadisə şahidlərinin dediyinə görə, sürücü avtomobil ilə asfaltı "yazmaq" istəyirmiş.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qazaxda-avtosluq-etmek-isteyen-sexs-masini-divara-cirpib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR