Televiziya rəhbəri öldürüldü

Türkiyənin İstanbul şəhərinin Sarıyer səmtində 2 iranlı avtomobildə öldürülüb.

Metbuat.az bildirir ki, Maslak Ayazağa küçəsində hərəkətdə olan avtomobilin qarşısını digər bir avtomobil kəsib. Bu zaman qarşıdakı avtomobildən düşən şəxslər iranlıları güllələyib.

Cinayətkarların “Cip” markalı maşında olduğu ehtimal edilib.

Bundan əlavə, İstanbulun Kəmərboğaz mahalında da yanan “Cip”in tapıldığı bildirilib.

Qeyd edək ki, polis hadisə yerində araşdırma aparır.

***

İstanbulun Sarıyer səmtində güllənən şəxslərdən birinin GEM TV-nin iranlı rəhbəri Sael Kərimian, digərinin isə küveytli iş adamı olduğu bildirilib.

Kərimianın İngiltərə vətəndaşı olduğu vurğulanıb.

Məlumata görə, GEM TV türk teleseriallarının Yaxın Şərq ölkələrindəki satışı ilə məşğul idi. Qətlin məhz bu faktorla əlaqəli olduğu istisna edilmir.

Cinayətkarların axtarışı ilə bağlı polis hərəkətə keçib. // Axar.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR