Bakı sakini toyda bıçaqlandı

Bakı sakini toyda bıçaqlandı
22:09 30 Aprel 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhər sakini Zərdabda bıçaqlanıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Bıçaqçı kəndində keçirilən toy məclisində baş verib. 

 

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zamiq Sərdar oğlu Salikov boğaz və qarın nahiyyələrindən aldığı  bıçaq xəsarətləri ilə Zərdab Rayon Mərkəzi xəstəxanasına, oradan isə  Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.   

 

İlkin məlumata görə, cinayəti törədərək   hadisə yerindən qaçan şəxs gəlinin yaxın qohumu, Ağdaş rayon sakinidir.  Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR