Lexus şirkəti yeni nəsil LS modelinin yeni variantını - LS 500 F Sport təqdim edib. Flaqman sedanının eksteryerini, salonunu dəyişiblər və təchizat siyahısını genişləndiriblər.
Milli.Az auto.az-a istinadən bildirir ki, F Sport versiyasının xarici görünüşünün xüsusiyyətlərinə yeni radiator barmaqlığı (Lexus-dan bildiriblər ki, onun hazırlanmasına 5 ay vaxt sərf edilib), qabaq bamperdə xüsusi hava çıxıntıları, yeni yan ətəklər, o cümlədən 20-düymlük təkər arkaları və aqressiv arxa bamper daxildir.
LS F Sport-un salonunda oturacaqların üzləri dəyişilib, alüminium əlavələr peyda olub, pedalların üzərinə dəmir çəkilib, o cümlədən idman sükanı və superkar LFA-in manevrlərini təkrarlayan bilən cihazlar paneli quraşdırılıb. RC F Sport-da da belədir.
F Sport modifikasiyasının mühərrikinin təkmilləşdirilməsi nəzərdə tutulmur. LS 500-də 415-güclü biturbo V6 quraşdırılıb və o, 10-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Arxa ötürücülü sedan yerindən 96 km/saata 4,5 saniyəyə sürətlənir.
F Sport versiyasında hibrid LS də sifariş etmək olar. O, 354-güclü iki elektrik motoru, V6 mühərriki, 4-pilləli avtomat sürət qutusu və variatorla təchiz edilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində