Bakıda liftdə qalan şəxs xilas olunub.
Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Liftin qapısı açılaraqvə vətəndaşların çıxmasına şərait yaradılıb. Əməliyyat saat 19:24-də başa çatıb.