Peyğəmbərin risaləti və Quran cinlərə də şamil edilir?

Peyğəmbərin risaləti və Quran cinlərə də şamil edilir?
22:37 30 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəsulun (elçi) yerinə yetirməli olduğu tapşırıq təbliğdir. Cin surəsinin ilk ayələrində bildirilir ki, peyğəmbər şəxsən onlara təbliğ etməyib amma onlar peyğəmbərə qulaq asıblar:

"De: "Mənə vəhy edildi ki, bir dəstə cin Qurana qulaq asdıqdan sonra belə dedilər": "Həqiqətən də, biz doğru yola aparan heyrətamiz bir Quran dinlədik. Ona inandıq. Biz Rəbbimizə heç bir şeyi şərik qoşmayacağıq".1

Milli.Az zikr.az-a istinadən bildirir ki, əgər bu əhvalat Allah tərəfindən bildirilməsəydi, peyğəmbərin bundan xəbəri olmayacaqdı. Bu məsələdən bəhs edən digər ayə belədir:

"Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar onu dinləməyə gəldikdə bir-birinə: "Susun, qulaq asaq!"- dedilər. Quran oxunub qurtardıqdan sonra isə xəbərdar etmək məqsədilə öz tayfalarının yanına qayıtdılar.

Onlar dedilər: "Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!

Ey qövmümüz! Allahın təbliğatçısını qəbul edin və ona iman gətirin ki, Allah günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!"

Allahın təbliğatçısını qəbul etməyən kimsə yer üzündə Allahdan yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər".2

Cinlərə də rəsul göndərilib. Amma o rəsullar onların öz cinslərindən, yəni, cinlərdən olub. Eynilə insanlara insan peyğəmbər göndərildiyi kimi. Allah Təala belə buyurur:

"Allah deyəcək: "Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?".

Onlar deyəcəklər: "Biz öz əleyhimizə şahidlik edirik!" Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şəhadət verdilər".3

Peyğəmbərimizin təbliğ vəzifəsi ilə yanaşı hikməti öyrətmək4 və nümunə olmaq5 kimi missiyaları da var. Bu vəzifə və tapşırıqları cinlərə qarşı yerinə yetirdiyinə dair hər hansı bir Quran ayəsi isə yoxdur.

Allahın kitabı Lövhi-Məhfuzda olandır.6 Bu kitabın hökmləri insanlar, cinlər və mələkləri əhatə edir (onlara da şamildir). Bir dəstə cinin Qurani-Kərimi peyğəmbərimizin ağzından dinləməyi onlara da Qurana inanmaq məsuliyyəti yükləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR