Pis ruhları qovmağa çalışdılar və...

Bolqarıstanın Yambol şəhərində “pis ruhların qovulması” festivalı keçirilib.

Metbuat.az xəbər verir ki, festival Bolqarıstan, Yunanıstan və Frakiyada yaşayan qədim frakiyalılardan qalma bir ənənədir.

Maskalı və rəngli geyimli qruplar festivalı bahar fəslində qışdan qalan pis ruhları uzaqlaşdırmaq məqsədilə keçirir.

Festivalda əl işi olan maskalar geyinmiş qruplar döyüş səhnələri nümayiş etdirərək, öz hünərlərini göstərməyə çalışıb.

Festivala Türkiyə, Makedoniya, Rumuniya və Yunanıstandan tamaşaçılar qoşulub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR