Sərxoş sürücü qəza törətdi, yaralandı - Goranboyda

Sərxoş sürücü qəza törətdi, yaralandı - Goranboyda
22:59 30 Aprel 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

Goranboy-Goran avtomobil yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  Goran qəsəbə sakini, 1963-cü il təvəllüdlü İsgəndərov Mobil Ələddin oğlu idarə etdiyi “VAZ 21099” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

 

Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alaraq Gornaboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, qəzaya səbəb sürücünün sərxoş olması olub.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR