Məmmədyarov yenə birinci oldu

Məmmədyarov yenə birinci oldu
23:18 30 Aprel 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" turnirinin ardıcıl ikinci dəfə qalibi olub.

Publika.az xəbər verir ki, 32 yaşlı zəka sahibi buna son turda ağ fiqurlarla bolqar Veselin Topalovla etdiyi heç-heçə sayəsində nail olub. Xallarını 5,5-ə çatdıran Məmmədyarov bütün rəqiblərini geridə qoymağı bacarıb.

Turun digər görüşlərində Azərbaycanın daha bir təmsilçisi Teymur Rəcəbov rusiyalı Sergey Karyakinlə, hindistanlı Pentala Harikrişna ABŞ-dan olan Uesli So ilə, ingiltərəli Maykl Adams polşalı Radoslav Voytaşeklə xalları yarı bölüb - 0,5:0,5. Ukraynalı Pavel Elyanov isə ağ fiqurlarla rusiyalı Vladimir Kramnikə uduzub - 0:1.

Bu nəticələrdən sonra Məmmədyarovdan yarım xal geri qalan Kramnik, So və Topalov 2 - 4-cü yerləri tutub. Hərəyə 4,5 xala malik Karyakin, Voytaşek və Adams 5 - 7-ci yerlərdə qərarlaşıbsa, Rəcəbov 4 xalla 8-ci olub. Son iki pillədə isə hərəyə 3,5 xalı olan Elyanovla Harikrişna qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/197059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR