ABŞ-ın fantastik janrlı döyüş filmlərindən olan “Terminator” 6 ildən sonra yenidən ekrana çıxacaq.
Metbuat.az xəbər verir ki, 1984-cü ildə çəkilmiş serialın sonuncu bölümündə rol almayan Arnold Şvartsneqr bu dəfə baş rolda görünəcək.
Filmdə Şvartsneqrlə yanaşı, Emilia Klak, Ceyson Klak, C.K.Simons kimi məşhurlar da yer alacaq.
Serialın son bölümü 26 iyundan etibarən Türkiyə sinemalarında yayımlanacaq.
Qeyd edək ki, "Terminator" ən yaxşı elmi fantastika fiminə görə "Saturn mükafatı" na layiq görülüb.
Aytən Novruzova / Metbuat.az