"Müxalifətə hücumları dayandırın"

"Müxalifətə hücumları dayandırın"
23:42 30 Aprel 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya rəhbərliyi regional hakimiyyətlərə müxalifətçilərə qarşı hücumları dayandırmaq barədə tapşırıq verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə qazeta.ru Kremldəki mənbələrinə istinadən məlumat yayıb.

"Belə hücumlar faktiki olaraq yalnız onların tanınmasına gətirir", - deyə mənbələrdən biri qərarı şərh edərkən vurğulayıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da cinayətlərin qarşısını almaq və cinayətkarları məsuliyyətə cəlb etmək məsləhət görüləcək.

Bununla birlikdə başqa mənbə qeyd edib ki, qubernatorlar belə məsələlərdə təşəbbüs göstərmək istəmir və atdıqları addımları rəhbərliklə razılaşdırmağa üstünlük verirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR