B4 vitamininin faydaları

B4 vitamininin faydaları
23:47 30 Aprel 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

B4 vitamini çox əhəmiyyətli bir vitamin olaraq tanınır. B4 vitamininin digər adı adenindir. Bədənimiz üçün əhəmiyyətli bir vitamin olan B4 vitamini ən çox ağ qan hüceyrələri üçün əhəmiyyətlidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, B4 vitamini qəbul etdikdə ağ qan hüceyrələri yenilənir və bədənin ehtiyacı olan ağ qan hüceyrələrinin meydana gəlməsini təmin edir. Buna görə mütləq qəbul edilməsi lazım olan bir vitamindir. B4 vitamininin​ az olduğu insanların bədənlərində ağ qan hüceyrəsi miqdarı aşağıdır. Ağ qan ehtiyacını qarşılamaq üçün və ağ qan hüceyrəsi sayını nizamlamaq üçün ehtiyac olan bu vitamininin əslində gündəlik istehlak etdiyimiz qidaların tərkibində olması sevindiricidir.

B4 vitamini kartof, yumurta sarısı və həmçinin meyvələrdə tapılır.
 
Tərəvəzlərdə isə kələm və pomidorda var. B4 vitamininə ehtiyac bundan əlavə, ət istehlakı ilə də təmin edilir. Unutmayın ki, B4 vitamini bədəndə az olarsa, ağ qan hüceyrələrinin səviyyəsində eniş olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR